Analitika

17 February
3

Xarici kapitallı bankların "kredit payı" 4 dəfə azaldı – TƏHLİL

Mərkəzi Bank kommersiya banklarına verdiyi kreditlərin həcmini getdikcə azaldır. Bunun ən böyük səbəbi təbii ki, uçot dərəcəsinin çox yüksək olmasıdır. Nəticədə mərkəzləşmiş kreditlərin bahalaşması onlara əlçatanlığı azaldır. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-cı ildə kommersiya banklarına cəmisi 10 milyard 222 milyon manat kredit verilib. Bu isə əvvəlki illə müqayisədə 26.3% və ya 3 milyard 653 milyon manat azalma deməkdir.

Məlumdur ki, kommersiya bankları arasında xarici kapitallı banklar da var. Bu bankların kapitalının bir hissəsi xarici ölkələrdən cəlb olunub. 100%-li xarici kapitallı banklar isə təbii ki, tam xarici sərmayə ilə formalaşıb.

Xarici kapitallı banklara ayrılan kreditlərin həcmi 2016-cı ilin sonunda 4 milyard 329 milyona manat olub və kredit portfelində xüsusi çəkisi 26.3% təşkil edib. Lakin 100%-li xarici kapitallı banklara verilən kreditlər xarici kapitallı banklara ayrılan kreditlərə nisbətən düz 3.5 dəfə azalıb. Mərkəzi Bank “ögey banklar”a cəmisi 1 milyard 249 milyon manat kredit ayırıb. Bu kreditlərin portfeldə xüsusi çəkisi isə 7.6% olub.

Və nəhayət statistikada qeyri-bank kredit təşkilatlarına ayrılan kreditləri də görə bilərik.

Qeryi-bank kredit təşkilatlarına ayrılmış kreditlərin məbləği 2016-cı ilin yekununda 473 milyon manat təşkil edib. Bu isə ötən illə müqayisədə 93 milyon və ya 16.4% azalma deməkdir. Verilən kreditin xüsusi çəkisi isə 2.9%-dir.

adsgarden