Analitika

02 March
1

Bank hesablarının vəziyyəti: HÜQUQİ ŞƏXSLƏR AZALIR – TƏHLİL

Ölkədə bank müştərilərinin sayı kəskin azalıb. Fins.az xəbər verir ki, 2015-ci ilin sonunda Azərbaycanda 5 milyon 716 min 385 bank müştərişi olduğu halda, 2017-ci ilin əvvəlində bu rəqəm 400 min azalaraq 5 milyon 352 min 456 nəfərə düşüb.

Azalmada fiziki şəxslərin sayı xüsusən nəzərə çarpır. Belə ki, 2015- ci ilin sonunda 5 milyon 607 min 28 fiziki şəxs bank xidmətlərindən istifadə etdiyi halda, 2017-ci il yanvarın 1-də bu rəqəm 400 min azalıb və 5 milyon 282 min 463 nəfərə düşüb.

Fiziki şəxslər arasında sahibkarlıqla məşğul olanların azalması hüquqi şəxslərə nisbətən daha az qeydə alınıb. Yəni, sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 181 min 202 nəfərdən 172 min 664 nəfərə düşüb.

Hüquqi şəxslər arasında azalma daha çoxdur. Belə ki, 2015-ci ildə 109 min 357 hüquqi şəxs olduğu halda, bir ildən sonra bank xidmətlərindən istifadə edənlərin sayı 69 min 993 nəfərə düşüb.

Eyni zamanada müştəri hesablarının sayında ciddi azalma nəzərə çarpır. 2016-cı il yanvarın birinə ölkədə fəaliyyət göstərən banklarda müştəri hesablarının sayı 16 milyon 229 min 306 olub. Bu il yanvarın birinə olan məlumata görə, bu rəqəm 15 milyon 161min 312-yə enib.

Hesabların tərkibinə nəzər salsaq görərik ki, cari hesabların səviyyəsində qismən azalma olub - 12 milyon 647 min 950-dən 12 milyon 478 min 51-ə düşüb. Ən kəskin azalma kredit hesablarında nəzərə çarpır. Belə ki, kredit hesablarının sayı 3 milyon 120 min 393-dən 2 milyon 304 min 585-ə düşüb. Müştərilərin depozit hesablarında da azalma tendensiyası müşahidə olunur. Müqayisə göstərir ki, depozit hesabları 460 min 863-dən 378 min 676–ya enib.

Cari hesabların tərkibinə nəzər salsaq, ən böyük azalma yenə də hüquqi şəxslərdə müşahidə olunur. Yəni, 2015-ci ilin sonunda cari hesablarda 185 min 404 hüquqi şəxs olduğu halda 2016-cı ilin sonunda 130 min 752-yə düşüb.

Cari hesablarda sahibkarlıqla məşğul olanların sayı da nəzərə çarpan dərəcədə azalıb. Belə ki, 2016-cı ilin əvvəlinə 203 min 949 nəfər sahibkarın cari hesabi var idisə, ilin sonuna bu rəqəm 169 min 422 nəfər təşkil edib.

adviad