Analitika

07 March
3

Təkrar bazarda evlər bahalaşdı – TƏHLİL

Bu ilin yanvar ayında təkrar bazarda yeni tikilən mənzillərin qiyməti bahalaşıb. Fins.az xəbər verir ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiymətində 0,50% artım müşahidə edilib.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən paytaxt ərazisində təkrar bazarda yeni tikili mənzillərin qiymətləri belə dəyişib:

Qiymətlərin təhlili

2016-cı ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artımı (enməsi) onunla əlaqədədir. Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1500 AZN/kv.m. yuxarı olan mənzillərin payı (əsasən Nərimanov, Nəsimi və Səbail rayonlarında yerləşən mənzillər) 23,35% təşkil etmişdisə, yanvar ayında isə 23,86%. Beləliklə bahalı mənzillərin payı təklif portfelində 0,51% artıb. Buda ki, 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Beləliklə, carı ilin yanvar ayına Bakı şəhəri üzrə yeni tikilililərin orta bazar qiyməti 1438 manat/kv.m. təşkil etmişdi.

Təklif portfeli

Ötən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb. Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub. 2016-cı ilin dekabr ayına nisbətən Yasamal rayonunda 0,9% azalma müşahidə olunur. “Çıxarışsız” olan mənzillər əsasən Yasamal rayonunda (31%), “Çıxarışlı” mənzillər isə - Xətai rayonundadır (23%).

Satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur – 72%, təmirsiz mənzillərin payı isə 28% təşkil edir. Təklif portfelində “Kreditlə” təklif olan mənzillərdə müşahidə olunur, lakin ümumi portfeldə payı cüzi miqdardadır – 1,2%.

Bakı şəhəri rayonları üzrə yeni tikililərin orta bazar qiyməti:

adsgarden