29 Noyabr

Mazdanın 180 at güclü yeni modeli – SATIŞA ÇIXARILDI

Sedan və hetçbekin yenilənmiş nəsli artıq 5 dekabrdan Çin dilerlərində görünəcək.

Fins.az məlumat verir ki, TED.az xarici mətbuata istinadən xəbər verir ki, buraxılan avtomobillərin əsas üstünlüyü SPCCİ alışdırma sisteminə malik olan yeni mühərrikdir. Yeni düzəlişlərlə avtomobilin ümumi gücü 180 at gücünə çatdırılıb. Komplektləşdirmədən asılı olaraq, satışa ön və ya tam ötürücülü versiyalar buraxılacaq.

Yeni Mazda 3 təkmilləşdirilmiş avtomatik transmissiya alıb. Bundan əlavə, yenilik 100 kilometr üçün 6,2 litrə qədər yanacaq istehlakı ilə öyünə bilər. Minimal komplektləşmədə dəyər 3,2 milyon yen (49 700 AZN) təşkil edir. Yenilik haqqında digər məlumatlar hələ ki, yoxdur.