04 Dekabr

Rimac C_Two superkarının serial konsepsiyasını nümayiş etdirdi

Tanınmış Rimac şirkəti C_Two adlı superkarın serial konseptual versiyasını nümayiş etdirib.

Fins.az xəbər verir ki, artıq gələn il həmin avtomobillərin istehsalına start veriləcək. Şirkətin öz elektrik güc aqreqatları ilə tanınmasına baxmayaraq, indi onun şəxsi nəqliyyat vasitələrinin buraxılışı reallaşacaq. Hazırda C_Two superkarı fəal yol testləri keçir. Fotocasuslar İtaliyada test yürüşləri zamanı yeniliyin fotoşəkillərini çəkməyə müvəffəq olublar.

Xəbər verilir ki, dörd elektrik qurğusunun ümumi gücü 1915 at gücü təşkil edəcək. C_Two-nun ümumi dövriyyəsi 150 avtomobil təşkil edəcək, dəyəri isə 2,4 milyon dollara bərabərdir.