06 Dekabr

Yenilənmiş Jaguar F-Type nümayiş etdirildi

Britaniyanın Jaguar şirkəti tezliklə F-Type adlı yenilənmiş modeli təqdim edəcək

Fins.az ted.az-a istinadən bildirir ki, şirkətin əməkdaşları artıq bu gün təkmilləşdirilmiş modelin rəsmi debütünün keçiriləcəyi barədə xəbər verən tizer nəşr ediblər. Həmin vaxta qədər bu avtomobil haqqında heç bir məlumat açıqlanmır. Daha əvvəllər insayderlər modelin yenilənmiş salon və dəyişdirilmiş kuza aldığını bildiriblər.

İstehsalçı, həmçinin funksionallığı əhəmiyyətli dərəcədə genişləndirmək və yeni variantları əlavə etmək niyyətindədir. Əvvəllər F-Type yeniliyinin benzin mühərriklərindən məhrum ediləcəyi və bazarda elektrik icrasında təklif olunacağı barədə fikirlər də var idi. Avtomobil barədə qalan məlumatlar bugünkü təqdimatda elan ediləcək.