14 Noyabr

Azərbaycanda faiz xərcləri 20 mln manatdan çox olan banlar

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 20 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (71,684 milyon manat), "Kapital Bank" (48,25 milyon manat), "Access Bank" (35,96 milyon manat), "PAŞA Bank" (28,452 milyon manat), "Unibank" (25,515 milyon manat) və "Bank Respublika"dır (20,941 milyon manat).

Qalan 24 bankdan 8-də faiz xərcləri 10-20 milyon manat arasında, 13 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.