22 Noyabr

FED sədri:"Biz hazırda bir mərkəzi bank olaraq rəqəmsal pulu inkişaf etdirmirik"

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Nümayəndələr Palatasının üzvü French Hill-ə göndərdiyi məktubda, Fed-in halı hazırda bir rəqəmsal pul çıxarmaq planı olmadığını və belə bir şeyin ABŞ-da tətbiq olunmasının çətin olduğunu bildirib.

Powell məktubunda, Fed-in rəqəmsal pullar sahəsindəki prosesləri "yaxın şəkildə" izlədiyini qeyd edib, "Biz hazırda bir mərkəzi bank olaraq rəqəmsal pulu inkişaf etdirmirik" ifadələrini də istifadə edib.

Həmçinin Fed sədri, amerikalıların digər millətlər ilə müqayisədə nağda daha çox bağlı olduqlarını qeyd edib.