09 Dekabr

Mərkəzi Banka ümumi borcu 96 milyon manatdan çox olan banklar

2019-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 7-si tənzimləyici quruma ümumilikdə 96,04 milyon manat borcludur.

Həmin banklar "AGBank", "Premium Bank", "Muğam Bank", "Atabank", "Günay Bank", "Bank BTB" və "Kapital Bank"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (32,9 milyon manat), ən az borclu olan isə "Kapital Bank"dır (0,5 milyon manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 15 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank of Baku", "Bank VTB Azərbaycan", "Xalq Bank", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərini açıqlamayıb.