09 Dekabr

“Facebook”-un kriptovalyutasına avrozonada tədavülünə qadağa qoyulub

Brüssel müasir qanunvericiliyin buna hələ hazır olmadığı qənaətinə gəlib.

Avropa Birliyi (AB) ölkələrinin maliyyə nazirləri “Facebook” şirkətinin “Libra” adlı kriptovalyutasına və başqa steyblkoinin (adi valyuta ehtiyatlarına, fiziki məhsullara bağlı kriptovalyuta) avrozonada tədavülünə qadağa qoyub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Onlar belə bir nəticəyə gəliblər ki, yeni ödəmə vasitəsinin daşıdığı riskləri indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Nazirlər həmçinin AB ərazisində kriptovalyutaların tədavülünü tənzimləyəcək xüsusi qanunların işlənib hazırlanmasının vacib olduğunu deyiblər. AB-nin maliyyə məsələləri üzrə komissarı Valdis Dombrovskis (Valdis Dombrovskis) artıq müvafiq tədbirlərin həyata keçirilməyə başladığını qeyd edib.

Bundan başqa, Brüssel öz rəqəmsal valyutası üzərində işləyir. O, özəl şirkətlər tərəfindən yaradılan kriptovalyutalara qanuni alternativ olmalıdır. Avropada adi hesablamalar həddindən artıq baha olanda rəqəmsal valyutaya ehtiyac yaranacaq.

“Facebook” ilə yanaşı daha 20 şirkətin iştirakı ilə yaradılan “Libra” gələn ilin iyun ayında tədavülə buraxılmalıdır. Oktyabrda “Mastercard” və “Visa” layihəni tərk etdikdən sonra kriptovalyutanın perspektivləri zəifləsə də, yerdə qalan iştirakçılar layihəni davam etdirməkdə qəti qərarlıdırlar.