11 Dekabr

"AFB Bank"-da yeni təyinat olub

AFB Bankda yeni təyinat olub. Hafiz İbrahimov Filialların idarə edilməsi strukturunun direktoru vəzifəsinə təyin edilib.

Hafiz İbrahimov daha öncə “Azərbaycan Beynəlxaq Bankı”,“Azərbaycan İpoteka Fondunda”, ləğv olunan “Bank Standard” QSC-də və “Rabitəbank” ASC-də çalışıb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.