12 Dekabr

Türkiyə faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı (TCMB) İdarə Heyətinin faiz qərarı ictimaiyyətə açıqlandı.

Fins.az xəbər verir ki, Bank faizi 2 bənd azaldaraq 14%-dən 12%-ə endirib.

İqtisadçılar faizin 1,5 bənd aşağı salınacağını gözləyirdilər.

Türkiyə Mərkəzi Bankı İyul, Sentyabr və Oktyabr yığıncaqlarında pul siyasəti faizini cəmi 10 bənd aşağı salaraq 24%-dən 14%-ə endirmişdi.

Türkiyə Mərkəzi Bankı son 4 yığıncağında 12 faiz bəndi faiz endirib.

Faiz qərarından öncə 5.78 səviyyələrində olan Dollar/TL məzənnəsi faiz qərarı açıqlanan zaman 5.79 səviyyələrinə yüksəlib. Sonradan məzənnə yenidən 5.78 səviyyələrinə geriləyib.

Mərkəzi Bankın açıqlamasında qeyd edilib ki, inflyasiyada yaxşılaşma (eniş) davam etməkdədir. Eyni zamanda, Türk lirəsinin məzənnəsi sabitləşib, makroiqtisadi göstəricilər də yaxşılaşıb. Mərkəzi Bank, inflyasiyaya təsir edən bütün ünsürləri diqqətə alaraq, pul siyasəti faizinin 2 bənd endirilməsinə qərar vermişdir.