13 Dekabr

Mərkəzi Bank dekabrın 16-da keçiriləcək depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 16-da depozit hərracı keçirəcək. Bu barədə fins.az-a AMB-dən məlumat verilib."Mərkəzi Bank dekabrın 16-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,76%-7,49% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.