Bank

01 January
1

“Azərbaycan Sənaye Bankı” 2 milyon manata yaxın ziyana düşüb

Bu ilin 1-ci rübünün yekunlarına görə, “Azərbaycan Sənaye Bankı” nəinki mənfəət əldə edib, əksinə rübü 1 milyon 960,2 min manat ziyanla başa vurub. Bu barədə fins.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir. Halbuki, ötən ilin eyni dövründə bank 402,6 min manat mənfəət əldə etmişdi.

Gəlirləri təxminən 4 dəfə azalıb

Bankın ziyana işləməsi çox güman ki, Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ilə bağlıdır. Devalvasiya bankın gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 1-ci rübdə bank 3 milyon 831,9 min manat gəlir əldə edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə azdır.

Məcmu kapitalı da azalıb

Son 1 ildə “Azərbaycan Sənaye Bankı”nın məcmu kapitalı 3,6% artaraq 63 milyon 159 min manat təşkil edib. Amma ötən ilin sonu ilə müqayisədə bu, 2,9% azdır.

adsgarden