Bank

01 January
1

Bu bank Azərbaycanda qızıl satmaq istəyir

“Bank VTB (Azerbaijan)" qiymətli metalların satışını həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) almaq niyyətindədir. Fins-ın “APA”ya istinadən yaydığı məlumata görə, bu barədə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev məlumat verib: “Biz artıq qiymətli daşlarla işləmək üçün lisenziyanın alınması ilə bağlı Azərbaycan Mərkəzi Bankına və Maliyyə Nazirliyinə müraciət etmişik. Bu günlərdə lisenziyanın verilməsi gözlənilir. Müraciət etdiyimiz qurumların reaksiyası çox müsbət idi. Bilirsiniz ki, "Bank VTB"nin öz qızıl ehtiyyatı var. Bununla yanaşı, bizim Moskvada qiymətli daşlarla işləyən bölməmiz var. Həmin bölmə Hindistana, ərəb ölkələrinə və digər bazarlara qiymətli daşlar satmaqla məşğuldur. Özümüzü Azərbaycanda da sınamaq istəyirik", - deyə Y. Yakovlev bildirib.

adsgarden