Bank

01 January
1

Ən ucuz krediti kimlər alır?

Ötən il Azərbaycanda kreditlər ucuzlaşıb. 2014-cü ildə ölkədə kreditlərin orta faiz dərəcəsi 13,7% olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2013-cü ilin yekunları ilə müqayisədə 0,5% azdır. Yəni, son 1 ildə ölkədə kreditlər ucuzlaşıb.

Ən bahalı kreditlər Kəlbəcər-Laçında verilir
Ayrı-ayrı regionlara gəlincə isə, ən bahalı kreditləri Kəlbəcər-Laçın bölgəsindən olanlar alıb. Məcburi köçkünlərə kredit 25,6%-lə verilib. 2013-cü ildə isə bu rəqəm 21,8% olub.
Yuxarı Qarabağ bölgəsindən olan məcburi köçkünlərə ayrılmış kreditlər isə daha sürətlə bahalaşıb. Əgər 2013-cü ildə onlara kredit 15%-lə ayrılırdısa, 2014-cü ildə bu rəqəm 20,8% olub.

5 bölgədə kreditlər bahalaşıb
Kreditlərin illik faiz dərəcəsinin artımı Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Lənkəran və Dağlıq Şirvan bölgələrində də özünü göstərib. Bu bölgələrdə bahalaşma 1-2% civarında olub.

Naxçıvan və Bakıda kreditlər ucuzlaşıb
Naxçıvan və Quba-Xaçmaz bölgələrində, eləcə də Bakı şəhərində isə əksinə, kreditlər ucuzlaşıb. Məsələn, paytaxtda yaşayanlara 2014-cü ildə kredit orta hesabla 12,3%-lə verilib. 2013-cü ildə isə bu rəqəm 13,3% olub. Yeri gəlmişlən, Azərbaycanda ən ucuz krediti elə Bakıda yaşayanlar alır. Yalnız Abşeron rayonunda kreditlərin illik faiz dərəcəsi olduğu qalıb – 18,3%.

Ərazilər

Faiz dərəcəsi

2014

Faiz dərəcəsi

2013

Ölkə üzrə ümumi

13,7%

14,2%

Bakı

12,3%

13,3%

Naxçıvan

13,8%

14,4%

Abşeron

18,3%

18,3%

Quba-Xaçmaz

20,1%

21,0%

Yuxarı Qarabağ

20,8%

15,0%

Şəki-Zaqatala

21,1%

19,8%

Aran

21,3%

19,9%

Gəncə-Qazax

21,7%

20,7%

Lənkəran

22,9%

21,1%

Dağlıq Şirvan

23,2%

22,0%

Kəlbəcər-Laçın

25,6%

21,8%

adviad