Bank

01 January
1

Azərbaycanda kreditlərin 1/3-ni bu bank verir

2014-cü ilin yekunlarına görə, “Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 8,8 milyard manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü ilin yekunları ilə müqayisədə 22,7% çoxdur.
Bankın kredit portfeli 16,6% artaraq 5,87 milyard manat olub ki, bu da ölkə üzrə kredit portfelinin 1/3 hissəsidir. Fiziki şəxslərə verilmiş kreditlər isə 678,5 milyon manat təşkil edib.
2014-cü ildə əhali banka 117,3 milyon manat əmanət qoyub. İlin sonunda əhalinin bu bankdakı əmanətləri 1,73 milyard manata bərabər olub.
1 yanvar 2015-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı”nın nizamnamə kapitalı 590,2 milyon manat, məcmu kapitalı isə 1 milyard 8,4 milyon manatdır.
2014-cü ildə bankın gəlirləri 585,8 milyon manat, xalis mənfəəti 64,5 milyon manat olub.

adsgarden