Bank

01 January
1

Daha bir bank elektron arayış sisteminə qoşuldu

“Azərbaycan Beynəlxalq Bankı” ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa başlayıb. Fins.az-ın nazirliyə istinadən yaydığı məlumata görə, birgə fəaliyyət nəticəsində “Azərbaycan Beynəlxalq Bankı”nın müştəriləri www.e-gov.az portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla yanaşı, vətəndaşlar bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala daxil olaraq, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın Mərkəzi, Sabail, Premyer və Yasamal filiallarında istifadəya verilib. “Azərbaycan Beynəlxalq Bankı” bu növ terminallardan istifadə edən ilk bankdır.

adviad