Bank

01 January
1

“Expressbank” müştərilərinə kredit xətti təklif edir

“Expressbank” 35 günlük güzəşt müddəti olan kredit xətti məhsulunu təqdim edib. Bankdan fins.az-a verilən məlumata görə, söhbət “Expresso” adlı məhsuldan gedir.
Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman, məbləği 35 günədək qaytardıqda (növbəti ayın 5-də) faiz hesablanmır. Növbəti ayın 5-dən etibarən kredit borcuna 22%-dən başlayaraq illik dərəcəsi ilə faiz hesablanır və hesablanmış faizlər həmi ayın sonunda ödənməlidir.

Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. Expressbank bankomatlarında nağdlaşma komissiyası 1%-dir. Gəlirləri təsdiq edən sənəd əsasında verilən pulsuz kartın maksimal məbləği 10000 AZN təşkil edir.

adsgarden