Bank

01 January
4

Bu bank sahibkarlara etibar etmir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, "Bank of Baku"nun problemli kreditlərinin məbləği 57% artıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, 2014-cü ilin ilk 9 ayında “Bank of Baku”nun kredit portfeli 633 milyon 588 min manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 18,7% və yaxud 99 milyon 850 min manat çoxdur.
Bu il verilmiş kreditlərin 6,67%-i və yaxud 42 milyon 266 min manatını vaxtı keçmiş kreditlər təşkil edib. Ötən il isə problemli kreditlərin həcmi 26 milyon 929 min manat (ümumi kredit portfelinin 5%-i) qədər olub. Başqa sözlə, son 1 ildə bankın problemli kreditləri 57% yüksəlib.

Kreditlərin cəmi 4%-i real sektora verilib

“Bank of Baku”nun kreditlərinin 609 milyon 162 min manatı, yəni 96,1%-i fiziki şəxslərə verilən istehlak kreditlərinin payına düşüb. Başqa sözlə, bankın ayırdığı kreditlərin cəmi 24 milyon 426 min manatı, yəni 3,9% real sektora yönəldilib. Halbuki, ötən il bu göstərici 5,3% olub.
Problemli kreditlərin həcmi də istehlak kreditlərində daha çox artıb. Belə ki, hazırda istehlak kreditlərinin 6,08%-i və yaxud 33 milyon 683 min manatı problemli kreditdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,8% və yaxud 17 milyon 530 min manat çoxdur. 2013-cü ilin yanvar-sentyabr aylarında istehlak kreditlərinin 3,86%-i problemli olub.

adviad