Bank

01 January
1

Banklara və sığorta şirkətlərinə qarşı yeni tələb

Bundan sonra Azərbaycan bankları, sığorta şirkətləri, hüquai və fiziki şəxsləri xaricilərin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları onların dövlətlərinə vermək məcburiyyətində olacaqlar.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarını imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.

Fərdi məlumatlar subyektin razılığı olmadan veriləcəkdir.

Prezident Sərəncam ilə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikasının Qanununlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunlarına uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi tapşırıb.

CƏRİMƏ SANKSİYASI TƏTBİQ OLUNACAQ

Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, banklar tələbləri icra etmədikdə, onlara qarşı, aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaqdır.

Foreks bazarında işləmək təcrübəniz yoxdursa, narahat olmayın!

"InvestAZ"sərmayəçilərinə ödənişsiz demo hesab imkanı və ödənişsiz başlanğıc seminarı təqdim edir. http://www.investaz.az

adsgarden