Bank

01 January
2

Zərərlə işləyən bankların sayı 11-ə çatıb

2014-cü ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 33-ü mənfəətlə, 11-i zərərlə işləyib. Halbuki, ötən ilin anoloji dövründə, həmçinin bu ilin yanvarında 39 bank mənfəətlə, 4-ü zərərlə işləyirdi.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, 2014-cü ilin aprel ayında mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 171.39 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 33.67 milyon manat təşkil edib. Nəticədə bank sisteminin yekun mənfəəti 137.72 milyon manat təşkil edib, bu da 2013-cü ilin aprel ilə müqayisədə 30% çoxdur.

Bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri ötən ilin aprel ayı ilə müqayisədə 4,5 dəfə çoxdur. Belə ki, ötən ilin fevralında zərərlə işləyən banklar üzrə zərər cəmi 7,48 milyon manat təşkil edirdi.

Zərərlə işləyən banklar üzrə zərərin artmasına baxmayaraq, mənfəətlə işləyən bankların mənfəəti artıb, nəticədə də bank sisteminin yekun mənfəəti artmışdır. Mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti ötən ilin aprel ayı ilə müqayisədə 57,9 milyon manat və ya 51% artaraq 171.39 milyon manat təşkil etmişdir. Yəni, bəzi banklar daha çox qazanmağa, bəziləri isə daha çox zərər etməyə başlayıb.

2014-cü ilin yanvarında 4 bank, martında 9 bank zərərlə işləyirdi.

Azərbaycanda axırıncı dəfə 11 bank zərərlə 2011-ci ilin oktyabırında fəaliyyət göstərmişdi. 2013-cü ilin yayında isə zərərlə işləyən bankların sayı 3-ə qədər azalmışdı.

Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili 130,01 milyon manat, 2013-cü ili isə 267.57 milyon manat mənfəətlə başa vurmuşdur.

adviad