Bank

05 June
1

“Muğanbank” kapitalını 10% artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Muğanbank" ASC-nin səhm emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 200 manat olan 23 471 səhm çıxarılması planlaşdırılır.

Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 4,7 milyon manat artaraq 50 milyon manata çatacaq.

Yerləşdirmənin anderrayetri "Texnika Kapital Menecment" MMC-dir

adviad