Bank

06 August
1

“Bank Technique” ipoteka ödənişi barədə açıqlama – «TEXNİKİ MƏSƏLƏDİR»

“Bank Technique” ipoteka ödənişlərinin qəbul edilməməsi ilə bağlı açıqlama yayıb. Qeyd edək ki, bu həftədən etibarən bankın ipoteka krediti olan müştəriləri ödəniş həyata keçirə bilmir.
Bankdan fins.az-a verilən məlumata görə, buna səbəb texniki problemdir: «İpoteka ödənişlərinin “Bank Technique”də dayandırılması, iddia edildiyi kimi, Bankın guya ki çətin vəziyyətə düşməsi ilə əlaqədar deyil, sadəcə İpoteka Fondunun vəsaitlərinin APUS sistemi vasitəsilə ödənişləri ilə bağlıdır. Bankımız bu sistemə qoşulmadığından, ADİF “Bank Technique” vasitəsilə ödənişləri müvəqqəti olaraq dayandırıb».
adviad