Bank

11 August
1

Azərbaycanda əhalinin sayından çox kredit verilib

Bu ilin 1-ci yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 1 milyon 560,3 min sorğu göndərilib. Fins.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 138,9 min ədəd və ya 9,8% çoxdur. Sorğuların 1 milyon 464,5 mini və ya 93,9%-i banklara, qalan 95,8 mini və ya 6,1%-i isə vətəndaşlara məxsus olub. Son 1 ildə banklardan MKR-ə daxil olan sorğuların sayı 66,4 min ədən və ya 4,7%, vətəndaşların sorğularının sayı isə 72,6 min ədəd və ya 4,1 dəfə artıb.

6 ayın yekunlarına görə, MKR-də 2 milyon 456,5 min borcalan haqqında məlumat var. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 317,6 min ədəd və ya 14,9% çoxdur. Kredit tarixçələrinin 2 milyon 423,1 mini və ya 98,6%-i fiziki şəxslərə məxsusdur. Hüquqi şəxslər və sahibkarlıq subyektləri isə müvafiq olaraq MKR-də 11 minlik və 22,4 minlik paya malikdir. Son 1 ildə kredit götürmüş fiziki şəxslərin sayı 312,7 min ədəd və ya 14,8%, hüquqi şəxslərin sayı 0,6 min ədəd və ya 5,6%, sahibkarlıq subyektlərinin sayı isə 4,4 min ədəd və ya 24,2% artıb.

Kreditorlara zamin durmuş şəxslərin sayı isə 152,3 min nəfər və ya 15,4% artaraq 1 milyon 141,5 min nəfər olub.

İndiyə qədər Azərbaycanda əhalinin sayından da çox – 10 milyon 24,4 min kredit verilib. Bu, 1 il əvvəllə müqayisədə 2 milyon 285,5 min ədəd və ya 29,5% çoxdur.

adviad