Bank

08 September
1

"Bank BTB"in rəhbərliyi dəyişib

"Bank BTB" ASC-də struktur dəyişikliyi baş verib. Fins.az-ın APA-ya istinadən məlumatına görə, Ceyhun Paşalı bankın Müşahidə Şurasının rəhbəri seçilib. Bundan öncə o, Şuranın üzvü olub. Müşahidə Şurasının sabiq sədri Asim Salamov bundan sonra Şurada üzv olaraq fəaliyyət göstərəcək. Müşahidə Şurasının yeni üzvü Rza Sadiqdir. O, bu vəzifədə Nigar Mehdiyevanı əvəzləyib. R. Sadiq bundan öncə Audit Komitəsinin üzvü olub.

Bankın İdarə Heyətində də ciddi dəyişikliklər baş verib. Belə ki, İdarə Heyətinə əlavə olaraq 3 nəfər seçilib. Öncədən qeyd edək ki, İdarə Heyətinin sədri Samir Qocayev, o cümlədən onun müavini Rüfət Abbasov və İdarə Heyətinin üzvü Erqin Quliyev öz vəzifələrində qalıb. Bununla yanaşı, Rövşən Fərhad-zadə İdarə Heyəti sədrinin yeni müavini olub. İdarə Heyətinin yeni üzvləri isə Vüsal Şahverdiyev və Roma Aliyevdir.

Bankda struktur və kadr dəyişiklikləri bununla da yekunlaşmayıb. Belə ki, Abdullayev Rövşən təhlükəsizlik məsələləri üzrə müşavir, Aleksandr Kravtsov isə iqtisadi məsələləri üzrə müşavir təyin olunublar.

adviad