Bank

12 September
2

Bank müştərilərinin işi asanlaşacaq

Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankı yanında Bank Sertifikat Xidmətləri Mərkəzinin xidmətlərindən bankların müştəriləri də istifadə edə biləcəklər. Fins.az-ın məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin təşkil etdiyi mətbuat konfransında məlumat verilib. Tədbirdə bildirilib ki, hazırda Mərkəzin elektron imza vasitələrindən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları istifadə edir. Tezliklə bank müştərilərinə də banklar tərəfindən bu cür “elektron imza”lar veriləcək. Bununla da, vətəndaşlar bank əməliyyatlarını (hesab açmaq, pul köçürmək və s.) əməliyyatları elektron qaydada, təhlükəsiz həyata keçirə biləcəklər.

adviad