19 Noyabr

Bakı Fond Birjasında aparılmış əməliyyatların həcmi açıqlanıb -MƏBLƏĞ

Bakı Fond Birjasında 2019-cu ilin ilk on ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12,138,920,065 manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə bakı Fond Birjasından məlumat verilib. Məlumatda bildirilir ki, bu göstərici 2018-ci ilin analoji dövründə əməliyyatların həcmi 12,356,590,677 olub.

Nəticədə , 2019-cu ilin ilk 10 ayında dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 274%, korporativ qiymətli kağızlar bazarında 24% və repo əməliyyatlarında isə 76% böyümə qeydə alınıb

Müəllif:Aynur Qəniyeva.