20 Noyabr

Qızıl yenidən bahalaşdı

Beynəlxalq valyuta birjalarında ABŞ-Çin gələcək ticarət münasibətləri, Breksit və Avropada siyasi və iqtisadi risklərin fonunda narahatlıqların artması ilə ticarət aktivliyinin azaldığı bir vaxtda əlvan metallar bazarlarında qızıla olan tələb artmaqdadır. Fins.az xəbər verir ki, qızılın bir unsiya üzrə qiyməti son bir həftə ərzində ikinci bahalaşma dalğasındadır. Təhlillərə əsasən, qiymət 1475$-ı qırarsa, 1485$-a kimi də dəyər qazana bilər.