13 Noyabr

Bakıda ən müasir robortlar nümayiş olunacaq- TARİX

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi məlumat yaımlayıb .

Məlumatda bildirilir ki, “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri Las-Veqasdan Pepper humanoid robotu, Robot balıqlar, Dünyaca məşhur Robot rəssam, Müxtəlif Sumo, Güləş və Dron yarışları, Kosmo zonası, 6 metrlik uçan astronavt,Robot pianoçu nümayiş olunacaq.

Qeyd edək ki, 20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.Biletlər yalnız “Robopark” üçün və yalnız 5 və 6 dekabr tarixlərində keçərlidir. Expo mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

Müəllif:Aynur Qəniyeva