15 Noyabr

“Samsung” qeyri-adi ucuz smartfon hazırlayır

“Samsung” şirkəti tezliklə Galaxy A seriyasının yeni Galaxy A01 büdcə modelini təqdim edəcək. Bu gadget artıq ilk sertifikatlarını alıb.

Galaxy A01 barədə söz-söhbətlər ilk dəfə təxminən iki ay bundan qabaq çıxmışdı. Həmin vaxt cihazın bəzi xarakteristikaları Geekbench sınaq məlumatları bazasında və hind insayderi hesabatında açıqlanmışdı. Orada deyilirdi ki, cihaz Galaxy A5 kimi satılacaq. Bençmark Geekbench açıqlayıb ki, içərisində Snapdragon prosesoru olacaq.

Galaxy A01 – daha bir “Samsung ODM” telefonudur. Bunlar Samsung brendindən istifadə edib amma digər bir şirkət tərəfindən istehsal edilən gadgetlərdir. Belə ki, Galaxy A01 modeli Huaqin Telecom şirkəti tərəfindən istehsal edilir.

“Samsung ODM” telefonlarının qarşısında duran tapşırıq istehsal xərclərini azaltmaq və daha aşağı qiymətə cihaz təklif etməkdir. Amma Galaxy A01-in bazara hansı qiymətlə çıxacağı məlum deyil.

FCC sertifikasiyası göstərir ki, cihaz 3000 mAh batareyaya və iki arxa kameraya malikdir. Sınaqlar isə ancaq 2 GB əməli və 16 Gb daimi yaddaş qeydə alıb. Əvvəlki hesabata müvafiq olaraq onun 5,7 dyümlük ekranı var.

Qeyd edək ki, rəsmi buraxılış bir neçə aydan sonra olacaq və o, mavi, qara və qırmızı rənglərdə təqdim ediləcək, hərçənd rəng variantları dəyişə bilər.