15 Noyabr

Azərbaycanda 24837,2 mln dollarlıq xarici ticarət

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24837,2 milyon ABŞ dolları olub

Fins.az-ın məlumatına görə bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumatda bildilir ki,ixracın dəyəri 14459,2 milyon dollar təşkil edib. 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1413,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1 faiz, real ifadədə isə 12,1 faiz çoxdur.

Müəllif :Aynur Qəniyeva