15 Noyabr

Elektron qaimə-fakturanın yeni növləri - DƏYİŞİKLİK

Fins.az xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsində təklif edilən dəyişilikdən biri də elektron qaimə-fakturanın növləri müəyyən edilib .

71-1.6. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:

71-1.6.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

71-1.6.2. malların qaytarılması barədə;

71-1.6.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə

əsasən;

71-1.6.4. malların agentə (komisyonçuya) verilməsi barədə;

71-1.6.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;

71-1.6.6. malların emala qəbul edilməsi barədə;

71-1.6.7. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən.”;

1.17. aşağıdakı məzmunda 71-2-ci maddə əlavə edilsin: