18 Noyabr

Niyazi Səfərov:"Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadın sahibkarların sayı 200 minə yaxındır"

"Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadın sahibkarların sayı 200 minə yaxındır."

Fins.az-ın məlumatına görə, bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” II Forumda çıxış edərkən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, onlardan təxninən 33%-i Bakıda, 17%-i Aranda, 16%- Gəncə-Qazax , 10%-ə yaxını isə Lənkəran iqdisadi rayonunda qalanları isə digər regionlarda fəaliyyət göstərir.

"Sahibkarlığın maliyyə resurslarına çıxışın təmin edilməsi məqsədilə yaradılan güzəştli mexanizmlərdən qadın sahibkarlarda yararlanır. Təkcə sahibkarlığin inkisafi fondunun vəsaitlərindən indiyədək təxminən 4300 dək sahibkarlıqla məşğul olan qadınlar yararlanaraq 115 milyon manatdan çox kredit əldə ediblər",- deyə N. Səfərov qeyd edib.