18 Noyabr

Orxan Məmmədov: "Azərbaycanda kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaradılacaq"

"Azərbaycanda kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq nəqsədilə işçi qrupu yaradılacaq." Bunu fins.az-a açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə təşəbbüs Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülüb.

"Yaradılacaq işçi qrupunda Mədəniyyət Nazirliyinin, Turizm Nazirliyinin, İqdisadiyyat Nazirliyinin həmçinin bizim Agentliyin nümayəndələri təmsil olacaq. Sahələr müəyyən olunacaq ki, onların inkişafına diqqət yetiriləcək. Burada söhbət sahənin təşfiqindən, kreditləşməsindən və s. istiqamətərin müəyyənləşməsindən gedir",- deyə O. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, kreativ sənaye dedikdə kitab, digər çap və dizayn məhsullarından, filmlərdən, xalçaçılıqdan, suvenir istehsalından və s. istiqamətlərdən gedir.