19 Noyabr

Bakıda "Həyat boyu Müştərilər" mövzusunda beynəlxalq ekspert tərəfindən master-klass keçiriləcək

10 dekabr Bakıda "Həyat boyu Müştərilər" mövzusunda master-klass keçiriləcək. Master-klassın müəllifi və spikeribeynəlxalq ekspert MixailSafran bu sahədə çoxillik təcrübəyə malikdir.

"Müştəri gözləntilərini sadəcə qarşılamaq – rəqabət mübarizəsinə başlamadan uduzmaq deməkdir! Bu gün, bu, artıq kifayət deyil – müştərini təəccübləndirmək gərəkdir!", spikerMixailSafrandeyir.

Master-klassın məqsədi müştəri xidməti ilə "xəstələnmək", müasir dünyada müştərilərdə diqqətin fokuslanmasınınalternativsiz olmasınıanlamaq, müştəri təcrübəsinin idarə edilməsi sahəsində ən yaxşı təcrübələri və ən müasir alətləri öyrənmək, şirkətinizdə günü sabahdan tətbiq etmək üçün vacib addımları müəyyən etməkdir.

Master-klass müştəri xidməti və satış üzrəmenecerlər və mütəxəssislər,satış məsləhətçiləri,ön ofis işçiləri, eləcə də marketinq və biznesin inkişafı, biznes-proseslərin təkmilləşdirilməsi və keyfiyyətə nəzarət, insan resursları üzrə menecerlər və mütəxəssislər, sahibkarlar və şirkət rəhbərləri üçün xüsusilə faydalı olacaq.

Master-klass aşağıdakı əsas istiqamətləri əhatə edəcək:

  • Unikal müştəri təcrübəsi - Sizin əsas müasir rəqabət üstünlüyünüz
  • Müştəri gözləntilərini üstələmək üçün ən effektiv alət, üsul və texnologiyalar
  • Müasir istehlakçının psixologiyası: müştəri dəyərlərinin dörd kateqoriyası
  • Xidmətin təkmilləşdirilməsi üzrə iş – günü sabahdan nə etmək olar?
  • Müştəri xidmətləri üzrəbirinci olmaq üçün hansı addımlar atılmalıdır?
  • B2B və B2C seqmentlərində müştəri xidmətinin əsas fərqləndirici xüsusiyyətləri

"Həyat boyu Müştərilər" mövzusunda master-klass biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar əlaqələrin birləşməsi olacaq. Master-klass 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Master-klass Rus dilində və Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.Əlavə məlumat və qeydiyyat üçün:http://master-class.az/service/az, 055 946 02 70.

Spiker haqqında:

MixailSafran – beynəlxalq biznes-kouç, sahibkar, müştəri xidməti üzrə ekspert, auditor, məsləhətçi və motivasiya spikeri (www.michaelsafran.ru).

  • 22 illik praktiki təcrübəyə malikdir, 10 ildən çox Allianz, ROSNO, Alfa-Sığorta, DetskiyMir, Promsvyazbank, McCannErickson kimi böyük xarici və Rusiya şirkətlərində marketinq və müştəri xidmətləri sahəsində rəhbər vəzifələrdə çalışmışdır.
  • Üç dəfə müştəri xidmətləri sistemini Rusiya korporasiyalarında sıfırdan qurmuşdur, iki dəfə isə "Kommersant" biznes nəşri və Rusiyanın Menecerlər Assosiasiyası tərəfindən "İlin ən yaxşı marketinq direktoru" adına layiq görülmüşdür.
  • Turizm, konsaltinq və tədris sahələrində üç fərqli biznes sahibidir, qonaq mühazirəçi kimi SKOLKOVO Biznes Məktəbində çıxış edir və Rusiyanın Sberbank-Sığorta, INVITRO, Aeroexpress və digər aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir.