28 Noyabr

Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gəti

Xəbər verir ki, bu sözləri “Gardashlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev V Azərbaycan Dizayn Forumunda çıxış edərkən deyib. O, çıxışında bildirib ki, mebel istehsalçısının dizayn sahəsinə dəstək verməsi təsadüfi deyil: “Gardashlar Mebel" olaraq biz məhz dizaynerlərin yaratdıqları layihələri qerçəkləşdiririk. Ölkə rəhbərimiz, Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən və ən son texnologiyalarla təchiz olunmuş fabrik ərsəyə gətirdik. Bir çox dizaynerlər hansısa mebelin modelini yaratmaq istəyərkən, müəyyən detalların xaricdən sifariş etmək məcburiyyətində olurlar, bu da işi həm çətinləşdirir, həm də prosesi yubadır. “Gardashlar Mebel” bu çətinlikləri aradan qaldırır. Biz istər dəmir, istərsə də taxtadan istənilən layihələri reallaşdırmaq iqtidarındayıq”, - deyə Əli Mirzəyev bildirib.

© Azərtac