28 Noyabr

2019-cu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 16,4 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin noyabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizin ixracı 16,8 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 836,5 milyon ABŞ dolları və ya 5,2faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 573milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayındaqeyri-neft sektoru üzrə ixrac 222 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Bu ilin yanvar-oktyabr ayları ərzindəRusiyaya 533,9milyon, Türkiyəyə 324,6milyon, İsveçrəyə 147,7milyon, Gürcüstana 131,5milyon və Ukraynaya 39,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 29 faiz, Gürcüstana 23faiz və Ukraynaya 38 faiz artıb. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (147,6 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıdaqızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –142,1 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı(100,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 455,5milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 161,2milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 milyon, pambıq lifi ixracı 91,8milyon, kimya sənayesi məhsullarının ixracı 86,6milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 milyon, pambıq ipliyi ixracı 24,5milyon, şəkər ixracı24,2milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 56 faiz,pambıq lifinin ixracı 42 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ipliyinin ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 12 faiz, şəkərixracı 10 faiz, elektrik enerjisi – 6 faiz artıb.

2019-cu ilin oktyabrayında isə qeyri-neft sektoru üzrə ixrac 160 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 11faiz artıb. Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya(68,3milyon ABŞ dolları), İsveçrəyə (22,4 milyonABŞ dolları), Türkiyəyə (20,6 milyon ABŞ dolları), Gürcüstana (8,3milyon ABŞ dolları) və Ukraynaya (7 milyonABŞ dolları) ixrac edilib.

2019-cu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (27,1 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 21,4 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı(10,7 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar- oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnlMayninqKompaniLimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “SocarPolymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "NineClimate" MMC, "GlobalExportFruits" MMC, “SunFood" MMC, "BakuSteelCompany", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Caspian enerji-2020" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.

“İxrac İcmalı”nda xidmət ixracı ilə bağlı məlumat verilib ki, 2019-cu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 7,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 milyon və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Bu ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 24,7 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 104,7milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 74 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 477,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında ixrac sifarişləri 10,3 faiz artıb. 2019-cu ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 41milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 78 faiz artıb. 2019-cu ilin yanvar-oktyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,9%), Türkiyə (6,5%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) qərarlaşıb.

Cari ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq lifi və pambıq toxumu, fındıq ləpəsi, toyuq əti və yumurtası, sarımsaq, biyan kökü, tütün, qənnadı məhsulu, şərab, mebel dəsti, çay, tikinti materialı, soğan, mühərrik yağı, alma, kosmetik vasitə, nar şirəsi, qurudulmuş meyvə, qızılgül və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 oktyabr tarixinə kimi (34 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 466,5 milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 12 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-noyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 130 milyon ABŞ dollarından çox qeyri-neft ixracı həyata keçirilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı, “İxrac İcmalı”nın noyabr sayında Azexport.az portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənməsinə verdiyi töhfə, “Madein Azerbaijan” brendinin Çində təbliği və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.