29 Noyabr

Qobustanda palçıq vulkanlarının birinin ərazisində böyük kompleks işə salınacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin işə salınması nəzərdə tutulub.

Bunu Azərbaycan Dövlət Turizm Agentliyin aparat rəhbəri Kənan Qasımov Turizm Sammitində bildirib.

Onun sözlərinə görə, kompleks Azərbaycan səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək:" Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdə gələn turistlər istifadə edəcək. Bu gün palçıq vulkanlarının ərazisində arzuladığımız ,xoş olmayan mənzərə var. Proses kor təbii şəkildə koordinasiya edilir, problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb".