02 Dekabr

Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-dən çox artan şəhər

Bu ilin yanvar-oktyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 860,5 mln. manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 395 mln. manat təşkil edib.