10 Dekabr

Orxan Məmmədov: "Bir il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyininəv 200-dən artıq gənc sahibkardan müraciət daxil olub"

Son bir il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyininə (KOBİA) 200-dən artıq gənc sahibkardan müraciətlər daxil olub ki, onlardan 60%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 30%-i maliyyə resurslarına çıxış, 10%-i isə hüquqların müdafiəsi ilə bağlı olub.

Bunu 1-ci gənc sahibkarlar forumunda çıxış edərkən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.Onun sözlərinə görə, müraciətlərin mövzu 30%-i biznesə başlamaq məsələləri, 70%-i isə biznesin inkişaf etdirmək məsələsidir."Sahələrə gəldikdə isə, bu maliyyə-kredit, kənd təsərrüfatı, ticarət, xidmət və informasiya texnologiyaları sektorudur",- deyə O. Məmmədov qeyd edib.Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına toxunan KOBİA-nın sədri əlavə edib ki, Agentlik bu istiqamətdə dəstək verə bilər.

İlk növbədə startapların maliyyələşdirilməsinə mardır və bu marağı artırmaq üçün banklar və investorlarla fərdi qaydada işlərin aparılmasına zərurət vardır. Gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Gənclər Fondunun vəsaiti hesabına banklar vasitəsilə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. Hesab edirik ki, bu prosesə KOBİA tərəfindən də dəstək göstərilə bilər və bu istiqamətdə Gənclər Fondu ilə əməkdaşlıq etməyə hazırıq",-deyə O. Məmmədov bildirib..