16 Dekabr

Elektron kabinetin üstünlükləri nədir?

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas elementlərindən birini vergi orqanı ilə vergi ödəyiciləri arasında birbaşa təmasın minimuma endirilməsi təşkil edir. Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradıb. Fins.az xəbər verir ki, elektron xidmətlərin tətbiqi vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmasına imkan verib. Bu baxımdan, vergi ödəyiciləri üçün yaradılmış elektron kabinetdən istifadə mühüm yer tutur.

Elektron kabinetin üstünlükləri nədir?

Vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə istənilən məkandan operativ formada sənədlərini təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə səhifəsinə daxil olaraq elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus olan sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. üstünlüklər əldə edir. Bu, həm də vətəndaşın rahatlığını təmin edir.