11 Noyabr

"Alibaba" yenidən səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır

Çinin elektron ticarət nəhəngi - "Alibaba Group Holding" yenidən səhmlərinin ilkin kütləvi tədavülünə (IPO) hazırlaşır.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yerləşdirmə bu ayın son həftəsində Honkonq birjasında baş tutacaq.

Hərraca 15 milyard ABŞ dolları dəyərində qiymətli kağız çıxarılacaq.

"Alibaba" məsələ ilə bağlı açıqlama verməyib. Xatırladaq ki, şirkət IPO-nu bu ilin avqust ayına planlaşdırırdı. Lakin ölkədəki siyasi qarışıqlıq buna imkan verməyib.