18 Noyabr

Yeni rekord

Avstraliyanın “Qantas” aviaşirkəti mülki aviasiya tarixində ən uzaq məsafəyə birbaşa uçuş üzrə rekordu yeniləyib.

Belə ki, Londonun “Hitrou” hava limanından noyabrın 14-də havaya qalxan təyyarə ayın 15-də Sidney aeroportuna enib. Bildirilir ki, yeni “Boeing 787 Dreamliner” təyyarəsi 19 saat 19 dəqiqə ərzində 17,7 min kilometr məsafə qət edib.

Xəbəri “Busines İnsider” verib.