19 Noyabr

Küveyt baş naziri əmiri rədd etdi

Küveytin baş nazir vəzifələrini müvəqqəti icra edən şeyx Cabar əl-Mübarək əl-Həməd əs-Sabah əmirin yeni hökumət yaratmaq təklifinə imtina cavabı verib.

Fins.az-ın məlumatına görə, noyabrın 14-də baş nazir vəzifəsindən istefa verən, ancaq əmirin qərarı əsasında Nazirlər Kabinetinin yeni rəhbəri seçilənə qədər baş nazir vəzifələrini müvəqqəti icra edəcək şeyx Cabar imtinasının səbəblərini açıqlamayıb.

Küveyt KİV-nin məlumatına görə, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabar əs-Sabah bir neçə saatdan sonra hökumətdəki mövcud vəziyyətlə əlaqədar xalqa müraciət edəcək.