20 Noyabr

“LUKOIL” “Ümid-Babək” layihəsini nəzərdən keçirmir

“LUKOIL” şirkəti Xəzərin Azərbaycan sektorunda “Ümid-Babək” layihəsində hələ iştirak etməyəcək. Bu barədə jurnalistlərə şirkətin prezidenti Vahid Ələkbərov məlumat verib.

““Ümid-Babək” layihəsini hələ nəzərdən keçirmirik, SOCAR onun müstəqil şəkildə işlənilməsi barədə qərar qəbul edib”, – deyə o bildirib.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb. “Umid Babek Operating Company” (UBOC) 2020-ci ilin sonunda “Babək” strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırır.