22 Noyabr

Popmeo Tramp administrasiyasını tərk etmək istəyir

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Prezident Donald Trampın administrasiyasını tərk etmək niyyətindədir. Fins.az-ın məlumatına görə, bu barədə “Time” jurnalı Respublika partiyasındakı mənbələrinə istinadən xəbər verib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Pompeo 2020-ci ildə Senata keçiriləcək seçkilərdə iştirak etmək arzusundadır. Əvvəlcə Dövlət katibi 2020-ci ilin yazına qədər öz postunda qalmaq istəsə də, daha sonra planlarını dəyişib. Onu bu addımı atmağa son hadisələr, xüsusilə də Trampın impiçment proseduru, məcbur edib.