05 Dekabr

Ruhani: "ABŞ sanksiyaları qaldırsa danışıqlar apara bilərik"

İran prezidenti Həsən Ruhani, Vaşinqtonun sanksiyaları qaldıracağı təqdirdə ABŞ ilə çoxtərəfli bir çərçivədə danışıqlara hazır olduğunu söyləyib. Ruhaninin bu barədə şərhi çərşənbə günü dövlət televiziyasında yayımlanıb.

"Amerika səhv, ədalətsiz, qanunsuz və terror sanksiyalarını qaldırmağa hazır olduqda 5 + 1 qrupunun rəhbərləri dərhal görüşə bilər. Bizim bununla əlaqədar heç bir problemimiz yoxdur" - deyə, o bildirib.

Keçən il Prezident Donald Tramp İran və dünya güdrətləri arasında 2015-ci ildə imzalanmış sazişdən çıxıb və İrana yenidən sanksiyalar tətbiq edib.

Vaşinqtonun beynəlxalq sazişdən çıxmasından sonra ABŞ-ın İran üzərinə onun neft ixracatını hədəfləyən və iqtisadiyyatını boğan ağır sanksiyaları bərpa etməsi İran iqtisadiyyatını ciddi şəkildə sarsıdıb.