06 Dekabr

Mənfi saldo azalıb

Amerikanın xarici ticarətindən saldo müsbətə doğru proqnozlaşdırılandan daha sürətlə inkişaf edir.

Amerikanın statistika idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, xarici ticarət balansında mənfi saldo oktyabrda 47.2 milyard dollara kimi 3.9 milyard dollar azalıb. Müstəxəssislər isə yalnız 2.4 milyard dollarlıq azalma ehtimal edirdilər.

Buna səbəb ixrac ilə yanaşı idxal həcminin daha çox azalmasıdır. Belə ki, ixrac 208 milyard dollardan 207 (1 milyard $), idxal isə 259 milyard dollardan 254 milyard dollara (5 milyard $) kimi azalıb.

Qeyd etmək lazımdır ki, dövlət büdcəsində xərclərin azalması, dövlətin iqtisadiyyata investisiyalarını artıra bilər və büdcə risklərini azaldır. Bununla yanaşı, ixracın azalması dünya iqtisadiyyatının, idxalın azalması isə daxili bazarın azalmasından xəbər verir.