06 Dekabr

Medvedyev eyni anda 20 kanala müsahibə verəcək

Baş Nazir Dmitri Medvedev dekabrın 5-də günorta saatlarında canlı efirdə Rusiyanın 20 televiziya kanalına illik müsahibə verəcək. Fins.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, “Dmitri Medvedevlə söhbət” adlı yayım onun prezident və hökumət başçısı vəzifəsində işlədiyi müddətdə artıq 12-ci dəfə təşkil olunacaq. Belə ki, bənzər bir format ilk dəfə 24 dekabr 2008-ci ildə sınaqdan keçirilib.

Medvedev müsahibəsi zamanı ölkənin sosial-iqtisadi inkişafını və hökumətin işini dəyərləndirəcək, son bir ildə baş verən hadisələrə qiymət verəcək.